Qazilərə qayğı diqqət mərkəzindədir
Digər xəbərlər

Qazilərə qayğı diqqət mərkəzindədir

44 günlük Vətən Müharibəsində böyük igidlik göstərib öz sağlamlığını itirmiş qazilərə qayğı və diqqət prioritetdir.

“Respublika” xəbər verir ki, qazilər dövlət qurumları tərəfindən həssaslıqla qarşılanır,onların problemləri öyrənilir,müalicə və istirahətləri təmin edilir.

Qarşıya şıxan hər hansı çətinlik diqqətdə saxlanılıb mövcud qanunlar çərçivəsində aradan qaldırılır. Sabirabad Rayon İcra Hakimiyyəti, Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrası çərçivəsində Sabirabad rayonunda seminar keçirildi.Rayondakı Bayraq Muzeyində təşkil olunan seminara qazilər dəvət edilmişdilər..

Mövcud qanunvericilik və qazilərin hüquqları, müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu,nəzərə çarpan sosial problemlər və problemlərin həlli yolları seminarın mövzusu oldu. Qarşılıqlı anlaşma, diskussiya şəraıtındə keçən görüş zamanı qazilərin sualları ekspertlər tərəfindən cavablandırıldı.

Tofiq Hüseyn,

“Respublika”