Qırx günün iztirabı
Region

Qırx günün iztirabı

12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcərdə şəhidlik zirvəsinə ucalmış,  Leytenant Ravil Mübariz oğlu Hümbətovun 40 mərasimi ilə əlaqədar,  2-ci Fəxri Xiyabanda məzarı ziyarət olundu.  

Ziyarətdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov,  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,  Milli Məclisin deputatı Ceyhun Məmmədov,  YAP Cəbrayıl və Yasamal rayon təşkilatlarının sədrləri Arif Fərzəliyev,  Bəxtiyar Nəbiyev,  hər iki icra hakimiyyətinin əməkdaşları,  qazilər və ictimaiyyət nümayəndələri,  şəhidin xatirəsini dərin ehtiramla anıb,  məzarına əklillər,  gül,  çiçək dəstələri düzdülər. Çıxış edənlər leytenant Ravil Hümbətovun keçdiyi şərəfli döyüş yolundan danışdılar.  Onun Vətənə, xalqa ləyaqətli oğul olduğunu, şəhidlik zirvəsinə yüksələndən Ravil üçün qəlbən kədərləndiklərini, dost itkisinə görə 40 gün iztirab keçirdiklərini dilə gətirdilər.

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.