“Qurtuluşun Zəfəri” adlı tədbir keçirilib
Region

 “Qurtuluşun Zəfəri” adlı tədbir keçirilib

“Heydər Əliyev” ili çərçivəsində  Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı  tərəfindən “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə dəyirmi masa keçirilib.

Partiyanın rayon təşkilatının sədri Natiq Quluzadə çıxışında bildiriv ki, 30 il bundan əvvəl qədəm qoyduğumuz möhtəşəm qurtuluş və nicat yolu bu gün xalqımızı ard-arda gələn möhtəşəm qələbələr, tarixi nailiyyətlərlə müjdələyir. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, hər bir vətənpərvər azərbaycanlı üçün örnək ala biləcək fədakarlıqla sevirdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib, özünün ərazi bütövlüyünü bərpa edib.

Dəyirmi masada çıxş edənlər Ulu Öndərin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söhbət açıblar.

Sonda partiya üzvlüyünə yeni  qəbul olunan  bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.

M.QULUYEV,

“Respublika”