Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir
Region

Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir

Rusiyanın dəstəyi olmadan Cənubi Qafqazda gərginliyi azaltmaq mümkün deyil.

"Respublika" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

O, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini şərh edib.

Zaxarova nə Brüsselin, nə də ABŞ-ın vasitəçiliyi ilə Cənubi Qafqaz regionunda sabitliyin əldə olunacağını bildirib. 

Jalə QASIMZADƏ, 

"Respublika".