Rusiya Türkiyəyə iki amfibiya təyyarəsi göndərib
Region

Rusiya Türkiyəyə iki amfibiya təyyarəsi göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının söndürülməsi məqsədilə Türkiyəyə iki ədəd "Be-200" amfibiya təyyarəsi göndərib. 

"Respublika" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Sözügedən təyyarələrin Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq yola düşdüyü bildirilib. Termal kameralarla təchiz edilmiş iki "Be-200" amfibiya yanğınsöndürən təyyarəsi Rostov-na-Donu Platov hava limanından Türkiyənin Muğla və İzmir şəhərlərinə uçub. 

Qeyd edək ki, iyulun 16-da Türkiyənin bir sıra bölgələrində irimiqyaslı meşə yanğınları baş verib. Balıkesir, Adana, Hatay, Mersin və Muğlada yanğınların qarşısı alınıb, Tekirdağ, Çanaqqala və Diyarbəkirdə də yanğının söndürülməsi işləri davam edir. Yanğınlar istilər və güclü külək fonunda baş verib. İyulun 16-da Antalya, Muğla və Şirnakda havanın temperaturu 45 dərəcəni keçib. 

Nəzrin ELDARQIZI,

"Respublika".