Rusiya XİN: Lavrov və Fidan yaxın zamanda görüşəcəklər.
Dünya xəbərləri

Rusiya XİN: Lavrov və Fidan yaxın zamanda görüşəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, yaxın vaxtlarda Moskvada xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar aparılacaq.

“Respublika”  “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Zaxarova Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli danışıqlar barədə TASS informasiya agentliyinə məlumat verib.

Türkiyə XİN rəhbəri Hakan Fidanın Moskvaya səfər edəcəyi gözlənildiyini bildirən Zaxarova: "Rusiya və Türkiyənin Xarici İşlər Nazirləri yaxın vaxtlarda Moskvada danışıqlar aparacaqlar."- deyib.