Pakistanın sabiq Baş nazirinə 3 il həbs cəzası verilib
Dünya xəbərləri

Pakistanın sabiq Baş nazirinə 3 il həbs cəzası verilib

Pakistan Respublikasının keçmiş Baş naziri İmran Xanın bu gün məhkəməsi keçirilib.

“Respublika” “BBC” xəbər agentliyinə istinadən xəbər verir ki, korrupsiya ittihamları ilə bağlı may ayından bəri istintaqa cəlb edilən sabiq Baş nazirə Pakistan məhkəməsi 3 il həbs cəzası verib.

İmran Xan cəzasını çəkmək üçün evinin yerləşdiyi Lahor vilayətindən İslamabada gətirilib.

Tacir SADIQOV,

"Respublika".