Rusiyanın Ali Dağ-Mədən Şurasının sədri Yuri Şafranikdən
Məktublar

Rusiyanın Ali Dağ-Mədən Şurasının sədri Yuri Şafranikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Çox yüksək dövlət vəzifəsindəki fəaliyyətinizdə Sizə səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında uzunəsrlik dostluğun möhkəmlənməsinə töhfələr verəcəkdir.

Hörmətlə,

Yuri ŞAFRANİK,

Rusiyanın Ali Dağ-Mədən Şurasının sədri.