Sadəlik, xeyirxahlıq mücəssəməsi
Sosial həyat

Sadəlik, xeyirxahlıq mücəssəməsi

Aprelin 26-da görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ili tamam olur

Yazıçı Mir Cəlalın 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı UNESCO Baş konfransının 34- sessiyasında qərar qəbul edilmiş, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 31- Sərəncam imzalamışdır. Sərəncamda deyilirdi ki, milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafında onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan ədəbiyyatımızı təzə həyati mövzularla zənginləşdirən ədib eyni zamanda böyük tədqiqatçı-alim idi...

...Görkəmli ədib, alim müəllim. Bu üç müqəddəs peşəni eyni vaxtda yüksək səviyyədə icra edən Mir Cəlal xalqımızın XX əsrdə yetişdirmiş olduğu ən görkəmli simalardandır. O, 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanda, Təbriz yaxınlığında yerləşən Ərdəbil kəndində dünyaya göz açmış, o zaman cənubda hökm sürən aclıq, qıtlıq ucbatından Paşayevlər digər həmvətənləri kimi Şimali Azərbaycana köçmüşdür. Ədibin uşaqlıq gənclik çağları Gəncə şəhərində keçib.

Atası Mir Əli ailənin sonbeşiyi Mir Cəlalı çox sevər, onun gələcəyinə böyük ümid bəsləyər, həyatdan tez köçəcəyini duyurmuş kimi, hərdən deyərmiş: "Bu uşağa yaxşı baxın, onu mütləq oxudun, qoyun mükəmməl təhsil alsın".

Mir Əli kişi 1918-ci ildə dünyadan köçəndə 10 yaşlı Mir Cəlal böyük qardaşı Mir Xəlilin himayəsində qalır. Mir Xəlil atasının vəsiyyətinə görə ailənin qədər ehtiyacı olsa da, Mir Cəlalı işləməyə qoymur. İti zehinli, çalışqan Mir Cəlal ibtidai təhsilini ruhani seminariyasında alır. 1928-ci ildə isə o, Gəncə Müəllimlər Seminariyasını müvəffəqiyyətlə bitirən məzunlardan biri olur. Həmin dövrdən mütaliəyə başlayır, rus klassiklərinin əsərlərini oxuyur, onlardan təsirlənir, həmin kitabların vərəqləri arasındakı qara sətirlərdə onun üçün sirli, qaranlıq olan mətləblər bir-bir açılırdı. Əlbəttə, bu, ilk növbədə insanların həyatı, məişəti, psixologiyası ilə bağlı aləm olsa da, eyni zamanda gənc istedada yazmağın sirlərini pıçıldayırdı...

Artıq Mir Cəlal "Qızıl qələmlər"in Gəncə şöbəsinin, bir qədər sonra Azərbaycan Proletar Yazıçılar Birliyinin Gəncə şöbəsinin fəal üzvlərindən biri kimi hər yerdə rəğbətlə qarşılanırdı.

Mir Cəlal bədii yaradıcılığa xırda hekayə oçerklərlə başlayır, yazdıqları "Qızıl Gəncə", "Gənc işçi", "Hücum" "Ədəbiyyat cəbhəsində" adlı o dövrün mətbuat orqanlarında çap olunur. İkinci Dünya müharibəsi dövründə müntəzəm olaraq hekayə oçerklərlə çıxış edən Mir Cəlal "Açıq kitab" romanını, "Vətən yaraları" "Vətən hekayələri" kitablarını çap etdirir, "Mirzə Xəyal" komediyasını yazır.

Müharibədən sonra yazdığı "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" romanlarını, "Sadə hekayələr"ini, "Seçilmiş əsərlər"inin ikicildliyini, "İnsanlıq fəlsəfəsi", "Xatirə hekayələri", "Gül bəsləyən qız" adlı hekayələr kitablarını oxucular sevə-sevə mütaliə edirdilər.

Ədibin "Bir gəncin manifesti" əsəri Azərbaycan nəsrində vətəndaş müharibəsinə həsr edilmiş romanların ən yaxşılarındandır. Burada yazıçı 1919-1920-ci illərin Gəncə hadisələrini bədii lövhələrdə əks etdirmişdir. Ümumiyyətlə, Mir Cəlal gördüklərini, zamansa müşahidə etdiklərini qələmə almağı sevirdi. Onun əsərlərinin realizmini qüvvətləndirən, emosional təsirini artıran da məhz elə bu amillər idi.

Qeyd etdik ki, Mir Cəlal ədəbiyyata hekayələrlə gəlib, Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında böyük rol oynayıb. O, 400-dən çox hekayənin müəllifi idi. Onun hekayələrində mürəkkəb hadisələr xarakterlər öz sadə, bədii həllini tapır. Yazıçının şirin yumorla yoğurduğu hekayələr oxucunu güldürür, düşündürür: "Qəm qəmi gətirər, dəm dəmi", "On bacı", "Atan gəlsin!", "Anket Anketov", "İclas qurusu", "Həkim Cinayətov", "Təzə toyun nəzakət qaydaları", "Bostan oğrusu", "Badamın ləzzəti", "Özündən naxoş" s.

Təkcə öz başlıqları ilə bədii zövq əhlinə "məni oxumalısan!" deyən bu hekayələr nəsrimizdə C.Məmmədquluzadə ənənələrini müvəffəqiyyətlə davam inkişaf etdirən qiymətli əsərlərdir.

Bəli, özünəməxsus orijinal üslubu ilə Azərbaycan nəsrini qiymətli əsərlərlə zənginləşdirən Mir Cəlal həm peşəkar ədəbiyyat tənqidçisi, ədəbiyyatşünaslıq elminin sanballı nümunələrini yaratmış alim idi. O, 30-cu illərin ortalarından etibarən M.S.Ordubadi, C.Cabbarlı, S.Rüstəm, S.Rəhimov, M.Dilbazi Əbülhəsənin yaradıcılığı, onların ayrı-ayrı kitabları haqqında maraqlı məqalə rəylər nəşr etdirmişdi. Həmişə axtarışda olan bir ədəbiyyatşünas tənqidçi kimi bununla kifayətlənmir, ədəbiyyatda xəlqilik, realizm, sənətkarlıq məsələləri ətrafında gedən mübahisə müzakirələrdə fəal iştirak edir, öz məqalələri ilə həmin müzakirələrə yeni ruh aşılayır, eyni zamanda ədəbi əlaqələrimizə dair münasibətini bildirirdi. Alimin məşhur rus klassikləri Puşkin, Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, M.Şoloxov haqqında məqalələri ədəbiyyatın inkişafına xidmət edirdi.

Mir Cəlal müəllim klassik irslə məşğul olur. M.Füzuli, M.F.Axundov, S.Ə.Nəbati, M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə, Ə.Haqverdiyev N.Nərimanovun ədəbi irsinə dair məqalələr yazırdı. O, Füzulinin yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, "Füzuli sənətkarlığı" əsəri alimin ən qiymətli elmi əsərlərindən biri kimi qəbul edilmişdi. Füzuli möcüzəsinin sirlərini açmağa, onun məhz sənətkarlıq incəliklərini təhlil etməyə imkan verən bu monoqrafiya ilə Mir Cəlal Azərbaycanda ilk füzulişünas olmaq missiyasını uğurla yerinə yetirmiş oldu. Bu tarixi vəzifənin yerinə yetirilməsinə mənalı ömrünün 5 ilini sərf etdi.

Mir Cəlal müəllimin bir alim kimi xidmətlərindən biri onun yetirdiyi gənc ədəbiyyatşünas alimlər idi. Firudin Hüseynov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Vaqif Vəliyev, Əziz Mirəhmədov, Qara Namazov, Nəriman Həsənzadə, Elçin başqalarını elmimizə məhz o təqim etmişdi. Ümumiyyətlə, 40-a yaxın dissertasiyanın elmi rəhbəri olmuşdu.

Müəllim Mir Cəlal... 1928-ci ildə Gəncə Darülmüəllimini bitirdikdən sonra Gədəbəy səkkizillik məktəbində direktor vəzifəsində işləmiş, rayonun Söyüdlü, Axırdam kəndlərində dərs demişdi. Müəllim kimi ilk dəfə sadə kənd uşaqları ilə işləmək onun həyatında böyük iz qoymuşdu. Sonralar o dövrü xatırlayan Mir Cəlal müəllim deyirdi: "Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram". Dediyi kimi, elə ömrünün sonuna kimi uşaqlıq illərini keçirdiyi Gəncə, ilk dəfə müəllimliyə başladığı Gədəbəy sözünün, söhbətinin mayası, dilinin əzbəri oldu.

1932-ci ildə Kazan Universitetini bitirdikdən sonra da pedaqoji fəaliyyətini davam etdirir, bir müddət Azərbaycan Pedaqoji İnstitutunda ömrünün sonuna qədər Bakı Dövlət Universitetində dərs deyir. Mir Cəlal müəllim hətta ona dərs demədiyi tələbələrin xatirində olduqca sadə, səmimi, mehriban bir müəllim kimi yaşayır.

Xalq yazıçısı Elçin: "Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi...".

Mir Cəlal müəllim 1978-ci il sentyabrın 28- dünyasını dəyişib. Bu il anadan olmasından 115, dünyasını dəyişməsindən isə 45 il ötür. illər ötdükcə Mir Cəlal müəllimin təkcə elmi irsi tədqiq edilmir, onun həm xeyirxahlıq, böyük əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır, qəlblərdə özünə abidə ucaldır.

Zümrüd QURBANQIZI,

"Respublika".