Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək
İdman

Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev, Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.

"Respublika" “TRT Spor” telekanalına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Nurcan SÜLEYMANOVA,

"Respublika".