Şairlərlə görüş
Digər xəbərlər

Şairlərlə görüş

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş. Vazeh adına Mərkəzi Kitabxanası Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində "İki şair, bir görüş" adlı tədbir təşkil edib.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, Knyaz Aslan və Azadə Novruzova haqqında məlumat verdi.

Tədbir iştirakçıları və qonaqlar şair, publisist Knyaz Aslan və şair-publisist Azadə Novruzovanın yaradıcılığı ilə yaxından tanış oldular.

Görüşdə Knyaz Aslanın və Azadə Novruzovanın yazdığı şeirləri BDU-nun tələbələri səsləndirdilər.

Knyaz Aslan müəllifi olduğu "Oxu mədəniyyəti keçmişdən bu günə", Azadə Novruzova isə "Sən mənim ağ kitabım" kitablarını Yasamal rayon MKS-nə hədiyyə etdilər.

Tədbirdə BDU-nun İnformasiya və Sənəd Menecmenti fakültəsinin 1998-ci il məzunları da iştirak etdilər.

Tədbirin sonunda iştirakçılar Ulu Öndər Heydər Əliyevin Yasamal Rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.

"Respublika".