Şalva Papuaşvili: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Heydər Əliyevin müdrikliyinin bariz nümunəsidir
Siyasət

Şalva Papuaşvili: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Heydər Əliyevin müdrikliyinin bariz nümunəsidir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri deyib ki, qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakından məmnunluğunu bildirib. O, Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.