Seçicilər sərbəst seçim edirlər
Region

Seçicilər sərbəst seçim edirlər

Ağdərə
İşğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrində səsvermə uğurla davam edir. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri bütün ərazilərdə olduğu kimi, Ağdərə şəhərində də yüksək səviyyədə təşkil edilib. 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait var. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Məntəqə üzrə 154 seçici qeydiyyatdan keçib və onların böyük əksəriyyəti səsvermədə iştirak edib. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.

Salman ALIOĞLU,

“Respublika”.