Səfir: Qarabağın və Şərqi Zəngəzurun inkişafı hədsiz sürətlə gedir
MÜSAHİBƏLƏR

Səfir: Qarabağın və Şərqi Zəngəzurun inkişafı hədsiz sürətlə gedir

Bu bölgənin inkişafı hədsiz sürətlə gedir. Mən artıq ikinci dəfədir bu gözəl və səfalı yerə səfər edirəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun deyib.

Qarabağ və Şərqi Zəngəzurun çox sürətlə dəyişdiyini söyləyən diplomat bildirib: "Qısa zaman ərzində görülən işlər məndə böyük təəssüratlar yaradıb. Zəngilanın təbiəti möhtəşəmdir. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazidə qısa müddətdə genişmiqyaslı yenidənqurma və bərpa işləri görüb. Ağalı kəndi, Zəngilan Beynəlxalq Hava Limanı buna sübutdur. İnanıram ki, tezliklə insanlar öz yurdlarına qayıdacaqlar".