SƏFIRLIKLƏRIMIZƏ QARŞI VANDALIZM
Digər xəbərlər

SƏFIRLIKLƏRIMIZƏ QARŞI VANDALIZM

İkinci Qarabağ müharibəsindən sonra daha da azğınlaşan ermənilər döyüş meydanında aldıqları məğlubiyyətin qisasını xaricdəki diplomatik korpuslarımızdan və müdafiəsiz soydaşlarımızdan almağa çalışırlar. Artıq son bir ildə erməni millətçiləri çoxluq təşkil etdikləri xarici ölkələrdə səfirliklərimizə bir neçə dəfə hücum edib. Baş verən hadisələr Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsini bir daha diqqət mərkəzinə gətirir.

korpuslarımıza ard-arda hücumların olması Azərbaycan dövlətinin siyasi iradəsinə təsir göstərmək cəhdləri kimi başa düşülə bilər. Elə bu səbəbdən Livanda, B.Briyaniyada, Fransada və İranda analoji hallar baş vermişdi. Xaricdəki səfirliyimizə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ilk hücum "Şuşa İli" çərçivəsində 16 iyun 2022-ci ildə baş verdi. Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən "ERE TV" telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıb. Onlar "Şuşa Azərbaycan deyil", "Qarabağ bizimdir" kimi təxribatçı şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıb.

İkinci hücum isə 2022-ci il avqustun 5-də Londonda qeydə alınıb. Bu səfər radikal dini qruplar diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndiriblər. 2022-ci il sentyabrın 18-də isə ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum etdi. Bu hücum aktı nəticəsində Fransa polisinin məsuliyyətsiz davranışları diqqət çəkmişdi. Müdafiəsiz qalmış diplomatik korpus azərbaycanlı əməkdaşlar tərəfindən çətinliklə də olsa ermənilərdən qorunmuşdu. Hətta səfir də öz tviter hesabında Fransa prezidenti Emmanuel Makronu səfirlik binasının konvensiyanın şərtlərinə uyğun olaraq qorunmamasına görə tənqid etmişdi.

Bundan başqa 2022-ci ildə qonşu Gürcüstanda bir qrup aqresiv erməni paytaxt Tbilisidə Azərbaycanın bu ölkədəki səfirliyinə hücum etməyə cəhd etsə də zorakılıq aktının qarşısı polis tərəfindən alınmışdı. Eyni halda Vaşinqtondakı Azərbaycan səfirliyi də vəhşi ermənilər tərəfindəndən mühasirəyə alınanlar sırasında olub.

Azərbaycan tərəfi dəfələrlə xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama yayıb və bildirib ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Ümumiyyətlə bu tipli hadisələr aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Çünki Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq dövlətlərin xüsusi vəzifəsidir.

Livan Respublikasında son bir ildə ikinci dəfə diplomatik nümayəndəliyimizə qarşı hücumların olması heç də təsadüfi hal deyil. Çünki bu ölkə ermənilərin Yaxın Şərqdə ən çox məskunlaşdığı ərazilərdən biridir. Həmçinin məşhur terror qruplaşması olan ASALA terror təşkilatı da burada yaşayan ermənilər tərəfindən maliyyə dəstəyi alır. Ən vəhşi haylar da məhz Livanda yaşayırlar. Bunlar Livan əhalisinin 4 faizini təşkil edir. 140-165 min nəfər sayı olan Livan erməniləri ölkənin ikinci ən böyük milli azlığıdır. Burada yaşayan ermənilər erməni diaspor və terror təşkilatının ən fəal üzvləridir. Elə bu səbəbdən hər zaman ermənipərəst mövqe sərgiləyən Livan hökuməti qondarma erməni soyqırımını da tanıyıb.

Livanda yaşayan ermənilər ölkənin ictimai-siyasi həyatında yüksək təsirə də malikdir. Daşnaksütyun partiyası ölkə parlamentində, Hnçak və Armenakan partiyaları isə ictimai rəyin formalaşmasında əsas rol oynayır.

Diplomatik korpusumuza qarşı bu dəfəki hücumun da təşkilatçısını Daşnaksütyun partiyasının və ASALA terror təşkilatının üzvlərinin olması heç bir şübhə doğurmur. Adıçəkilən bu iki qurum üçün Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinə hücum və qətillər həyata keçirməsi əsas vəzifə hesab olunur. XX əsrin əvvəllərindən başlayaraq "Daşnaksütyun", "Nemezis" ("Cəza") xüsusi terror təşkilatının aksiyasının başlanması haqqında qərar qəbul edildikdən sonra "Nemezis"in qətl siyahısına yüzlərlə Türkiyə və Azərbaycanın siyasi və dövlət xadiminin adı qeyd olunmuşdur. Təməlləri türk nifrətinə dayanan ASALA terror təşkilatı digər erməni qruplaşmaları ilə birgə 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində 23 terror aktı törədərək 31 türk diplomatını qətlə yetiriblər. ASALA təkcə 1975-1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində 200-dək terror aktı həyata keçirib. Türk qanına susayan bu terror qruplaşmaları Qarabağ müharibələrində də dinc əhaliyə qarşı amansız qırğınlar həyata keçirmişdir.

Musa BAĞIRLI,

"Respublika".