Səməd Seyidov: Ermənilər beynəlxalq təşkilatlara yalvarmaqdansa, cəsarət tapıb regiondakı reallıqları qəbul etməlidirlər
Digər xəbərlər

Səməd Seyidov: Ermənilər beynəlxalq təşkilatlara yalvarmaqdansa, cəsarət tapıb regiondakı reallıqları qəbul etməlidirlər

Türkiyə ilə fəxr edirik! Türkiyə, səninlə fəxr edirik! Həqiqətən bu ölkə demokratiya, regionun sabitliyi, xalqının gələcəyi üçün böyük işlər görüb. Türkiyə bölgədə mövcud olan saysız təhdidləri dəf edə bilir. Çox sağ ol, Türkiyə!

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasının ilk plenar iclasında deyib.

Dəstək əvəzinə tənqidlərin eşidilməsini qəribə adlandıran deputat bildirib: "Türkiyənin ən yaxın qonşusuyuq. Xüsusilə seçkilərin ikinci turunun necə çətin, şəffaf açıq təşkil edilməsinin şahidi olduq. Bu, Türkiyənin demokratiya istiqamətində düzgün irəlilədiyini aydın əks etdirir. Türkiyənin bu gün AŞPA-nın, beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var. Türkiyə dağıdıcı zəlzələdən sonra da Avropa Şurası, xüsusilə xalqı üçün bacardığını edib".

Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmçinin Ermənistan təmsilçilərinin mövzudan kənar müdaxilələrinə cavab verib, onları gələcək haqqında düşünməyə çağırıb. "Bir-birimizə çox yaxınıq. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar davam edir. Yaxın vaxtlarda danışıqların növbəti mərhələsi gözlənilir. Ancaq burada erməni həmkarlarımızın ritorikasını görürsünüz. Hələ keçmiş terminologiyanı təkrarlayırlar. Onlar gələcək haqqında düşünməyə qadir deyillər. "Blokada" deyirlər, halbuki belə bir şey yoxdur, "genosid" dedikləri isə ümumiyyətlə mövcud deyil. Laçın dəhlizinin bağlı olmasına dair söylədikləri tamamilə səhv fikirdir. Provokasiyaya gəldikdə, isə Ermənistan tərəfindən çoxlu sayda təxribatlar törədilir. Azərbaycan təxribatdan uzaqdır. Təəssüf ki, Ermənistan tərəfi düşmənçiliyi davam etdirir. O, mövcud vəziyyəti anlamalı, hansı istiqamətdə irəliləmək haqqında düşünməlidir. Azərbaycanlılar ermənilər birlikdə gələcək haqqında düşünməlidirlər. Ancaq onlar bunun əvəzinə beynəlxalq təşkilatlara yalvarır, Azərbaycanla bağlı yanlış məlumatlar təqdim etməyə çalışırlar. Bu, düzgün münasibət deyil. Belə davranışla sülhə nail olmaq çətindir. Azərbaycana, Qafqaza gəlin, əsl qafqazlı olun, kiçik bir cəsarət tapıb yeni reallıqları anlayın", - deyə S.Seyidov vurğulayıb.