Sentyabrın 13-də Azərbaycanda COVID-19 əleyhinə 1664 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 13-də Azərbaycanda COVID-19 əleyhinə 1664 doza vaksin vurulub

Sentyabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1664 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 539, ikinci doza vaksinlərin sayı 222, üç və daha çox doza vaksinlərin sayı 780, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 123-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 875 min 482, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 377 min 619, ikinci mərhələ üzrə 4 milyon 865 min 178, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 372 min 127, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 260 min 558-dir.

AZƏRTAC