Serbiyanın sabiq xarici işlər naziri,  BMT Baş Assambleyasının  67-ci sessiyasının sədri,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən
Məktublar

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.

Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.

Həmçinin mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Sizə Ermənistan ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Vuk Yeremiç

Serbiyanın sabiq xarici işlər naziri,

BMT Baş Assambleyasının

67-ci sessiyasının sədri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü