Sərhəd - Vətəndir
Siyasət

Sərhəd - Vətəndir

Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suverenliyinin qarantıdır

"Siz təsəvvür edin, 1992-1993- illərdə sərhədlərin vəziyyəti ilə bugünkü vəziyyəti müqayisə edin. Xatırlayın, o vaxt vəziyyət cür idi? O vaxt sərhəd yox dərəcəsində idi, kim haradan istəyirdi, oradan da keçirdi. İndi bu sahədə vəziyyət xeyli yaxşılaşıbdır, ...ancaq tam həqiqi sərhədqoruma nizam-intizamı yaratmaq sərhəddə bütün vasitələrdən səmərəli istifadə etmək üçün hələ çox işlər görülməlidir. Ona görə siz gərək keçmişdə baş vermiş bu bəlaları təhlil edərək onlardan nəticə çıxarasınız, ...müsbət təcrübəni yaya biləsiniz ki, sərhədlərimiz etibarlı qorunsun biz dövlət müstəqilliyimizi günbəgün, aybaay, ilbəil gücləndirə bilək". Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi bu sözlər bu gün sərhədçilərimiz üçün əsl fəaliyyət proqramıdır.

Ulu öndər Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə 1991-ci il sentyabrın 3- "Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında" qərar qəbul etdi. Bu o vaxtlar idi ki, Azərbaycan Respublikasının Ali Sovetində (indiki Milli Məclis) Milli Ordu yaradılması məsələsi ətrafında yekdil fikrə gələ bilmirdilər. Ermənistanın təcavüzkar qüvvələri hücumları davam etdirir, ərazilərimizi intensiv atəşə tuturdular. Ayrı-ayrı hərbi qulluqçuların hüquqazidd hərəkətləri yerli əhali arasında narazılıq yaradırdı. Ulu öndərin gördüyü tədbirlər nəticəsində 1992-ci il iyul ayının 28- Ali Məclisin təklifi ilə Naxçıvan ərazisində 1-ci sərhəd dəstəsi yaradılır o Sovet İttifaqının Sərhəd Qoşunlarının Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsi ilə yanaşı fəaliyyət göstərir.

Lakin Heydər Əliyev Azərbaycanın tam müstəqil dövlət olduğunu əsas gətirərək İran Türkiyə ilə dövlət sərhədinin mühafizəsini həyata keçirən 41-ci sərhəd dəstəsinin fəaliyyətinin dayandırılmasına nail olur. O vaxtdan bu dövlətlərlə sərhədlərimizi Azərbaycanın milli sərhəd qoşunlarının Naxçıvanda yerləşən dəstəsi mühafizə etməyə başlayır.

Oktyabr ayının 9-da Naxçıvan şəhərində bu münasibətlə keçirilən hərbi paradda Heydər Əliyev deyirdi: "Bütün bunlar tarixi hadisələrdir nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir". Beləliklə, 1993- ilin sonunadək bütün sərhəd dəstələri hərbi hissələri rus sərhədçilərindən aktlarla təhvil alındı. O vaxt sərhədçi kadrlarımız demək olar ki, yox dərəcəsində idi. Bu səbəbdən , Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində sərhədçi kadrlar hazırlanmağa başlandı. Artıq bu sahədə xidmət etmək istəyənlərin sayı artırdı.

Sovetlər Birliyinin dağılması ilə Azərbaycan da "Müstəqillik haqqında" Konstitusiya Aktını qəbul etdi. Müstəqil dövlətin isə ən mühüm atributlarından biri onun sərhədlərinin mövcudluğu, bu sərhədlərin həmin dövlətin öz qanunları əsasında vətəndaşları tərəfindən qorunmasıdır. Hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri ölkənin sərhədləri ilə əlaqədardır.

Respublikamızın dövlət sərhədləri, Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq təşkilatlar, dünya dövlətləri ilk növbədə BMT tərəfindən tanındığı qəbul olunduğu andan müəyyən edilib. Bu, SSRİ dağılarkən İttifaqın tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir ki, ümumi uzunluğu 2773 kilometrə bərabərdir.

Təəssüf ki, erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğalı nəticəsində sərhədlərimiz qanunsuz olaraq pozuldu 30 il ərzində Ermənistanla sərhədlərə yalnız işğalçı ölkənin hərbi birləşmələri nəzarəti həyata keçirdi. Ümumiyyətlə, 1992-ci ildə Azərbaycanın dövlət sərhədində bir neçə buraxılış-nəzarət məntəqəsi fəaliyyət göstərirdi. Sonralar onların sayı artırıldı. İldən-ilə sərhəd nəzarəti xidməti təkmilləşir, daha çox təcrübə əldə edilirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci il 20 may tarixli "Sərhəd-nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə komissiya haqqında" sərəncamı sərhəd nəzarəti xidmətinin qarşısında effektivliyin artırılması, gediş-gəliş prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması s. kimi mühüm vəzifələr müəyyən etdi.

Qeyd etdiyimiz kimi, Azərbaycan sərhədçiləri Ermənistan istisna olmaqla digər ölkələrlə sərhəddə öz vəzifəsini layiqincə yerinə yetirsə , qonşu Ermənistanla sərhəd yalnız separatçılara xidmət göstərirdi. Bu yolla Ermənistan ərazisindən Qarabağ bölgəsinə hərbi texnika, canlı qüvvə, narkotik vasitələr, həmin ərazilərdə təbii sərvətlərimiz qanunsuz istismar edilərək Ermənistana daşınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edilsə , Laçın rayonunda sərhədə nəzarət ermənilərdə qaldı. Laçın-Xankəndi yoluna Rusiya sülhməramlı qüvvələri yerləşdirildikdən sonra da Ermənistanla sərhəd əvvəlki funksiyasını yerinə yetirirdi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux Sus kəndlərinə nəzarət Azərbaycan tərəfinə keçdi.

Bu il fevralın 18- Münxen Təhlükəsizlik Konfransının toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin açılması barədə məsələ qaldırdı. Ermənistan da daxil olmaqla, bəzi qüvvələrin maneələrinə baxmayaraq, aprelin 23- Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu. Bu vəzifəni uğurla icra edən Azərbaycan sərhədçiləri nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağını ucaldaraq Ali Baş Komandana raport verdi. Bununla da, dövlət sərhədlərinə bütünlüklə tam nəzarət bərpa olundu. Prezident İlham Əliyevin dediyi kimi, hazırda ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur. Sərhəd-nəzarət-buraxılış məntəqələri dövlətin mühafizəsinin, təhlükəsizliyinin, suverenliyinin qarantıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".