Sessiyada müxtəlif mövzular üzrə təqdimatlar müzakirə edilib
Səhiyyə

Sessiyada müxtəlif mövzular üzrə təqdimatlar müzakirə edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) işgüzar proqramı çərçivəsində panel müzakirələr davam edir.

21 iyun TƏBİB-dən verilən məlumatda bildirilir ki, Proqram çərçivəsində təşkil olunan növbəti panel “Tibb sahəsində innovativ yanaşmalar, əczaçılıqda son nailiyyətlər” mövzusunda olub. Müzakirə fəlsəfə doktoru, dosent Fərəh Mədətlinin moderatorluğu, professor Eldar Qarayev, beynəlxalq ekspert, auditor Rauf Əfəndiyevin iştirakı ilə baş tutub. Sessiyada xaricdən gələn azərbaycanlı təbiblərdən Kanadada fəaliyyət göstərən Arşı Kızılbaş ‘’Tibb sahəsində innovasiyalar-yeni dərman və tibb vasitələrinin, bioloji preparatların inkişafı’’, ‘’Qlobal səhiyyə problemlərinin həlli’’, ‘’Müasir tibbi genetika sahəsində diaqnostika üçün istifadə edilən qabaqcıl metodlar və cihazlar’’, ‘’Maddə asılılığı və müasir farmakoterapiya’’ mövzularında təqdimatlar nümayiş etdirilib.

“Respublika”.