Sevimli mahnılar müəllifi
Sosial həyat

Sevimli mahnılar müəllifi

O  dahi bəstəkar Üzeyir Hacıbəyovun ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan musiqi xəzinəsini öz fundamental irihəcmli əsərləri ilə daha da zənginləşdirmişdir. Azərbaycan musiqi tarixinin, mədəniyyətinin görkəmli nümayəndəsi professor, dirijor bəstəkar, Xalq artisti Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1949-cu ildə Azərbaycan radiosunun nəzdində yaradılan xora uzun müddət rəhbərlik etmişdirAzərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən  Mahnı Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində işləmiş Cahangir Cahangirov Əməkdar incəsənət xadimi, Xalq artisti, SSRİ dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Cahangir Cahangirovun yaradıcılığı olduqca çoxşaxəlidir. Bəstəkar yaradıcılığa mahnı janrı xor musiqisi yazmaqla başlamışdır. Onun zəngin xor instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Əsasən lirik mahnılar müəllifi kimi sevilən bəstəkar bu janrda da öz möhürünü vura bilmişdir. Bəstəkar Azərbaycan təbiətinigözəlliklərini tərənnüm etdiyi kimi, qəhrəmanlığı, insanlığı, mənəvi saflığı da öz əsərlərində incə bir tərzdə ifadə edə bilmişdir. O, 1949-cu ildə solist, xor simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasını Cənubi Azərbaycan şairləri Mədinə Gülgün Əli Tudənin şeirləri əsasında yazmışdır. Bu poema 12 hissədən ibarətdir. Böyük bəstəkar bu simfonik poemaya görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Əsər 1950-ci ildə Moskvanın Sütunlu Salonunda ovaxtkı Leninqrad şəhərində ifa olunmuşdur. Əsərin lent yazısı Ümumittifaq Radiosunun Qızıl Fonduna daxil edilmişdir. Cahangir Cahangirovun Azərbaycan xor musiqisinin inkişafında təkmilləşməsində böyük rolu olub. Bəstəkar 1945-ci ildə Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Cənubi Azərbaycana göndərilir. Cahangir Cahangirov qısa müddət ərzində orada xor, instrumental ansambllar Xalq Çalğı Alətləri Orkestri yaradır. Bu səfərdən böyük təəssüratlarla ayrılan bəstəkar "Arazın o tayında" vokal-simfonik poemasını yazır.

Cahangir Cahangirovun bəstəkarlıq fəaliyyətinin ən uca zirvələrindən biri "Füzuli" kantatasıdır. Bu kantata ona böyük şöhrət uğur gətirmişdir. Bəstəkar öz musiqisinin gücü ilə Füzulinin daxili aləminə nüfuz edərək, onun möhtəşəm obrazını yaratmışdır. Kantatada Füzulinin üç qəzəlindən istifadə etmişdir. Bəstəkar 1973- ildə yenidən kantata janrına müraciət etmiş, İmadəddin Nəsiminin 600 illik yubileyinə şairin bir qəzəli əsasında mahnı-romans yazmışdır. "Ənəlhəq" adlanan bu əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür.

"Hüseyn Cavid", "Böyük qələbə" 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illiyinə xor simfonik orkestr üçün "Sabir" oratoriyasını yazmışdır.  "Azad" operasında XX əsrin ortalarında Cənubi Azərbaycanda baş verən hadisələr xalqın azadlıq yolunda apardığı mübarizə dolğun şəkildə ifadə edilmişdir. Bu opera ilə Cahangir Cahangirov Azərbaycan opera sənətində "nikbin faciə" janrının varlığını təsdiq etmişdir. Hüseyn Hüseynzadənin librettosu əsasında yazılan əsərdə bəstəkar Mirzə İbrahimovun "Azad qız" dramının "Gələcək gün" romanının motivlərindən istifadə etmişdir. Bu operada Cahangir Cahangirov musiqi tariximizdə ilk muğam tipli, muğama əsaslanan "Çahargah" xorunu yaratmışdır. "Xanəndənin taleyi" operasında isə inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin qürbətdə öz taleyinə, var-dövlətinə olan biganəliyindən nəticədə düşdüyü acı taleyindən bəhs edir. Bu opera vasitəsilə bəstəkar klassik opera janrının, Üzeyir Hacıbəyov ənənələrinin müasir musiqili teatr xüsusiyyətlərinin sintezini yaratmışdır. Bu operanı digərlərindən fərqləndirən cəhətlərdən biri Cahangir Cahangirovun Amerika caz ifaçılarının, Avropa estrada musiqisinin səslənməsindən istifadə etməsidir.

Cahangir Cahangirov həm bir çox  Azərbaycan filmlərinin musiqi müəllifidir. Onun məşhur rejissor Hüseyn Seyidzadə ilə kino sahəsindəki işbirliyi olduqca uğurlu olmuşdur. "Yenilməz batalyon", "Dəli Kür", "Koroğlu" filmləri iki dahi sənətkarın birgə əməyinin nəticəsidir. Bəstəkarın yazdığı film musiqiləri kino musiqisinin inkişafına böyük təkan vermiş, dillər əzbəri olmuşdur. Bəstəkarın teatr tamaşalarına yazdığı musiqilər yüksək yaradıcılıq nümunəsi hesab edilir. Cahangir Cahangirov həm novator bəstəkar olmuşdur. Hər zaman yeniliklər, yeni üslublar yaratmaqla  fərqli bəstəkarlıq xüsusiyyətləri ilə seçilmişdir. Onun irihəcmli, mürəkkəb musiqiləri ilə yanaşı, Azərbaycan bəstəkarlıq məktəbini zənginləşdirən xeyli mahnıları da var. Bu mahnılar bu gün ürəyəyatımlığı ilə sevilir, seçilir. Mahnı janrı Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. Onun "Aylı gecələr", "Alagöz", "Ana", "Bakı", "Dan ulduzu, bir mən", "Ay qız", " şanı, qara şanı" digər mahnıları bu gün dillər əzbəridir. Bəstəkar yazdığı musiqi mətnlərini, şeirləri çox həssaslıqla seçmişdir. Bu mahnılarda söz musiqi bir-birini tamamlamaqla yanaşı, həm üzvi surətdə birləşirdi. Elə ona görə Cahangir Cahangirovun mahnıları bütün dövrlərin şedevridir. Musiqiləri əsasən xalq musiqisi muğamlardan qaynaqlanmışdır. Eyni zamanda, dünya klassik ənənələrinə sadiq qalmışdır. Onun yazdığı mahnılar Azərbaycan musiqi tarixinin incilərindəndir.

Cahangir Cahangirov 1992-ci ilin mart ayında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".