Sifarişçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti aşağıdakı müntəzəm marşrutlar üzrə sərnişindaşıma Hüququna dair müsabiqəni elan edir:
Reklam və elanlar

Sifarişçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti aşağıdakı müntəzəm marşrutlar üzrə sərnişindaşıma Hüququna dair müsabiqəni elan edir:

- daşıyıcının əlavə ehtiyat avtobusu olmalıdır.

Müsabiqə üçün ərizələr aşağıdakı ünvanda qəbul edilir:

Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5,

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binası            

29 aprel 2022-ci il saat 17:00-dək                                                                              

              

Müsabiqə aşağıdakı ünvanda keçiriləcək

Lot 1 və Lot 2 üzrə

Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5,

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binası   

26 may 2022-ci il saat 16:00

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 03 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün aşağıda göstərilən sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5 ünvanında yerləşən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında "Lot-1" və "Lot-2" üzrə 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. İştirak haqqında müsabiqə ərizəsi

2. Fərdi sahibkar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış

3. İddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədin surəti

4. İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq arayış.

Əlaqələndirici şəxslər: (Ramil Musayev-te.l: 012-566-48-31, e-mail: [email protected]; Nazim İsmayılov - tel.: 012-514-27-51;

e-mail: [email protected]).