Simpozium iştirakçıları Yeni Klinika ilə tanış olublar
Səhiyyə

Simpozium iştirakçıları Yeni Klinika ilə tanış olublar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu davam edir.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpozium çərçivəsində simpozium iştirakçıları Yeni Klinikada olublar.

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev qonaqlara tibb müəssisəsi haqqında məlumat verib. 

20 iyun TƏBİB-dən verilən məlumatda bildirilir ki, simpozium iştirakçıları xəstəxananın poliklinika, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya, təcili və təxirəsalınmaz yardım, terapiya, reanimasiya, ümumi cərrahiyyə, kardiologiya şöbələrinin fəaliyyəti və göstərilən tibbi xidmətlərlə tanış olublar.

Türkiyə, Almaniya, İngiltərədən gələn 10-dək həkim qeyd olunan mövzular üzrə təqdimatlarla çıxış edib.

“Respublika”.