ŞİRVAN: Tibbi aksiya keçirilir 
Region

ŞİRVAN: Tibbi aksiya keçirilir 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyəti və Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə tibbi aksiya keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqları tərəfindən tibbi aksiya çərçivəsində Şirvan sakinlərinin göz müayinələri təşkil olunur. İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq, onlara müalicə ilə bağlı tövsiyələri verir.

Tibbi aksiyada iştirak edən şəhər sakinləri səhiyyə sistemində yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Tofiq HÜSEYN,

“Respublika”.