Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2508 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2508 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 2508 yoluxma faktı qeydə alınıb, 4076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 min 44 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 min 300 nəfər müalicə olunaraq sağalıb, 6 min 31 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 min 713 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 672, bu günə qədər isə ümumilikdə 4 milyon 623 min 245 test icra olunub.

AZƏRTAC