Şövkət Əziz: Prezident İlham Əliyev Qlobal Bakı Forumu kimi çox yaxşı təşəbbüs göstərib
MÜSAHİBƏLƏR

Şövkət Əziz: Prezident İlham Əliyev Qlobal Bakı Forumu kimi çox yaxşı təşəbbüs göstərib

X Qlobal Bakı Forumu insanları bir araya gətirib fikir mübadiləsi aparmaları üçün çox səmərəli vasitədir. Mən bütün dünyada müxtəlif sessiyalarda iştirak etmişəm. Burada söylənilən rəqəmlər doğrudur, debatlar və müzakirələr çox aktualdır.

Bu fikirləri Pakistanın sabiq Baş naziri Şövkət Əziz söyləyib.

Bu Forum vasitəsilə bir çox problemin həllinə böyük töhfə veriləcəyini vurğulayan Şövkət Əziz deyib: "Prezident İlham Əliyev Qlobal Bakı Forumu kimi çox yaxşı təşəbbüs göstərib. Biz bu Forumu daha da qloballaşdırmalıyıq. Bu Forum bütün dünyanı əhatə etməlidir".