Sumqayıtda
Mədəniyyət

Sumqayıtda "Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində "Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Düşərgənin keçirilməsində məqsəd zəngin tarixi mədəniyyətimizin, adət-ənənələrimizin yaşadılması və gənclər arasında geniş təbliğ edilməsidir.

Düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, intellektual və idman oyunları, həmçinin iməclik təşkil olunub. Düşərgədə müxtəlif bölgələrdən olan gənclərlə yanaşı, şəhid, qazi, aztəminatlı ailələrin övladları da daxil olmaqla 90 gənc birincilik uğrunda mübarizə aparıblar. Yekun qiymətləndirməyə əsasən "Qaramanlı", "Bayat" və "Qacarlar" komandaları ilk üçlüyü tamamlayıblar.