Suvarmaya nəzarət israfçılığın qarşısını alır
İQTİSADİYYAT

Suvarmaya nəzarət israfçılığın qarşısını alır

Hacıqabul Suvarma Sistemləri İdarəsində suya olan israfçılığın qarşısını almaq məqsədilə suvarmaya nəzarət gücləndirilmişdir. İdarənin rəisi Mafisət Cəfərov deyir:

- Rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Suvarma Sistemləri İdarəsinin əsas vəzifəsi rayonun 18.972 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan meliorasiya irriqasiya sistemlərinin istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Bu əsas vəzifəmizin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal rejimində istismar olunması fəaliyyətimizdə başlıca yer tutur. Su mənbələri barədə məlumat vermək istəyirəm: Kür çayından 6585 hektar, Yuxarı Şirvan kanalından 7263 hektar, Pirsaat Su Anbarından 1652 hektar, Atqı kanalından götürülən su ilə 3472 hektar ərazi suvarma suyu ilə təmin olunur. Cari ildə təsərrüfatların 12.284 hektarında taxıl, 247 hektarda pambıq, 252 hektarda şəkər çuğunduru, 198 hektarda qarğıdalı, 2155 hektarda yem bitkiləri sair bitkilərin əkini aparılmışdır.

Bundan əlavə, 34 min hektar ərazidə qışlama keçirən şəxsi fermer təsərrüfatlarla müqavilə bağlamış, həmin təsərrüfatları mütəmadi olaraq su ilə təmin etmişik. Rayon ərazisində əkinlərin suvarılması üçün cari ilin 9 ayında su mənbələrindən 110.850 milyon kubmetr su götürülmüş, su ayrıclarından SİB-lərə 37, 58 milyon kubmetr su verilmişdir.

Hazırda əkin sahələrində suvarma davam etdirilir. Əkinlərin su təminatının yaxşılaşdırılması üçün 270 kilometr magistral təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. 17 ədəd hidrotexniki qurğu, 1000 metr beton kanallar, 1 ədəd mülki istehsalat binası, 1 ədəd nasos stansiyası cari təmir olunmuşdur.

Rayon ərazisində Ədliyyə Nazirliyinin Dövlət qeydiyyatından keçmiş 6 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir kionlar ayrıclardan suyu müqavilələr əsasında qəbul edərək növbəliliklə istifadəçilər arasında paylayırlar. 2023- ildə idarə üzrə 79 min manat sudan pullu istifadə planlaşdırılmışdır.

İdarə rəisi onu da əlavə edir ki, bəzən ortaya çıxan çətinliklərin aradan qaldırılmasında təbiət özü balans yaradır. May ayında düşən aramsız yağışlar Pirsaat çayında daşqınlar yaratmış, Pirsaat Su Anbarı altında olan əkinlərin su təminatında baş verən çətinliklərin aradan qaldırılması üçün daxili imkanları səfərbər edilərək vəziyyətdən cıxmaq mümkün olmuşdur.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq ərazilərdə kəndlərin yerli icra, bələdiyyə ictimaiyyət nümayəndələri ilə birgə aparılmış məqsədyönlü işin nəticəsi olaraq razılaşma əsasında kəndlərin suvarma növbəliliyi tətbiq olunmuş bunun sayəsində Pirsaat Su Anbarından suvarılmalı olan Navahı, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində olan əkinlər Navahı Nasos Stansiyası hesabına suvarılmışdır.

- 2023- təsərrüfat ilinin əvvəlində əkinlərin suvarma rejimlərinə ciddi riayət olunması, suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik cədvəlinə əməl olunması qarşımızda duran əsas vəzifələrdən olmuşdur, - deyə idarə rəisi söhbəti davam etdirir. 13 kənddə su istehlakçıları ilə keçirilən maarifləndirici söhbətlər işimizin səmərəliliyinə öz müsbət təsirini göstərmişdirKollektivimiz 2023- ilin kənd təsərrüfatı əkinlərinin suvarılması istiqamətində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün qüvvələri səfərbər edərək səylə işləyir, ölkədə kənd təsərrüfatı məhsulları bolluğunun yaranması istiqamətində mütəşəkkillik göstərir.

Tofiq HÜSEYN,

"Respublika".