Sven Sester: Estoniya azad olunan torpaqların bərpası üçün Azərbaycana kömək etməyə hazırdır
MÜSAHİBƏLƏR

Sven Sester: Estoniya azad olunan torpaqların bərpası üçün Azərbaycana kömək etməyə hazırdır

Ağdamdakı dağıntılara baxanda ağır hisslər yaşadıq. Biz Ağdamda gördüyümüz mənzərənin digər insanlara çatdırılması istiqamətində iş aparacağıq.

Bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester bildirib.

O, Estoniyanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qonaq işğaldan azad edilmiş ərazilərin yenidən qurulacağına əminliyini ifadə edib: "Bura səfər edən və hazırkı vəziyyətlə tanış olan bütün xarici siyasətçilər və diplomatlar başa düşürlər ki, hazırda bu torpaqlarda yaşamaq mümkün deyil. Burada böyük işlər görülməlidir. Qarabağı inkişaf etdirmək üçün zaman və böyük sərmayə tələb olunacaq. Estoniya azad olunan torpaqların bərpası üçün Azərbaycana kömək etməyə hazırdır".

AZƏRTAC