Tacikistan səfiri: Laçın yolu ilə bağlı bütün məsələlər imzalanmış bəyanatlar çərçivəsində həll olunmalıdır
MÜSAHİBƏLƏR

Tacikistan səfiri: Laçın yolu ilə bağlı bütün məsələlər imzalanmış bəyanatlar çərçivəsində həll olunmalıdır

Bu, mənim Laçına ilk səfərim deyil. Ona görə deyə bilərəm ki, burada böyük dəyişikliklər baş verir. Prezident İlham Əliyevin tapşırığı ilə quruculuq işləri aparılır. Laçın rayonu mədəniyyət, turizm məkanıdır. Biz onun inkişafının şahidi oluruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın Azərbaycandakı səfiri Rustəm Soliyev Laçında jurnalistlərə müsahibəsində söyləyib.

"Bu gün mən Laçında abadlıq-quruculuq işlərinin tam sürətlə getdiyini, dinc həyatın bərqərar olduğunu müşahidə etdim. Doğma yurdlarına qayıdacaq sakinlər bu cür gözəl yerlərdə yaşayacaqlar", - deyə diplomat qeyd edib.

Laçında sərhəd-buraxılış məntəqəsindən danışan diplomat deyib: "Laçın yolu ilə bağlı bütün məsələlər imzalanmış bəyanatlar çərçivəsində həll olunmalıdır. Gördüyümüz kimi, bəyanatlar reallaşdırılır. Bizi insanların sərhəd-buraxılış məntəqəsini azad şəkildə keçə bildikləri barədə məlumatlandırdılar".