MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı mətbuat konfransı keçirilib
İdman

MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün MOK-un təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nən münsiflər heyətinin mətbuat konfransı keçirilib.

"Respublika" xəbər verir ki, Festivalın baş prodüseri, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov ikinci ildir həyata keçirilən layihənin uğurlu olduğunu deyib.

O, qeyd edib ki, bu festivalda 5 nominasiya olacaq. Onların ikisi qadın idmançılara həsr olunacaq.

A. Qulamov festivalın hazırlıqlarına dekabrın 5-dən başladıqlarını vurğulayıb.

 Festivalın münsiflər heyətinin üzvü, "Bakılı oğlanlar" komandasının üzvü, rejissor, prodüser Ənvər Mansurov bildirib ki, idmançılar yalnız yarış ərzində deyil, daha uzun müddət əziyyət çəkirlər. İstedadlı adamlara həmişə köməklik göstərmək lazımdır. Şükürlər olsun ki, respublikanın rəhbərliyi hər zaman istedadlı şəxslərə dəstək göstərib. İnanıram ki, bu dəstək nəticəsində idmançılarımız daim beynəlxalq arenalarda uğurlar qazanacaq.