Tarixi Bəyannaməyə sadiqlik nümunəsi
Siyasət

Tarixi Bəyannaməyə sadiqlik nümunəsi

Soçi bəyanatında da tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb

44 günlük müharibədən sonra regionda yeni geosiyasi konfiqurasiyanın qalıcı hala gətirilməsilə birlikdə sülh əldə edilməsi təhlükəsizlik mühitinin yaradılması istiqamətində Bakının intensiv təşəbbüsləri davam edir. Beynəlxalq ictimaiyyətin nəzəri Şərqi Avropa ilə yanaşı, həm postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

Azərbaycan bu gün dünyada ciddi narahatlıq doğuran hadisələr, kəskin, ziddiyyətli dəyişikliklər fonunda qlobal öhdəliklərə, sülhə, əmin-amanlığa, humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir, sülh təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət yürüdür. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində indiyədək müxtəlif formatlarda görüşlər keçirilsə , bir nəticə yoxdur. Çünki Ermənistan o görüşlərdə bir cür danışır, başqa cür hərəkət edir...

2021-ci il yanvarın 11- Soçidə üçtərəfli görüş baş tutdu. Hələ görüşdən əvvəl Ermənistan baş naziri Nikol Paşinyan: "Biz Rusiyanın bütün təkliflərini dəstəkləyirik. Soçidə həmin təkliflər əsasında sənəd təqdim olunarsa, imzalamağa hazıram", - demişdi.

Soçi görüşündə N.Paşinyan hər fürsətdə Kremlə yarınmaqla erməni toplumun, Ermənistanın maraqlarının Rusiya Prezidenti V.Putinin öz vədlərini tutmasına bağlı olduğunun mesajını verməyə çalışdı. Azərbaycan Prezidenti isə ölkəsinin milli maraqlarını birbaşa özü, həm çox qətiyyətlə qorudu. Belə ki, Prezident İlham Əliyev V.Putinlə ikitərəfli görüşdə açıq şəkildə bəyan etdi ki, "Dağlıq Qarabağ problemi artıq tarixə çevrilib. Bununla bağlı müzakirə edilə biləcək heç bir mövzu da qalmayıb". N.Paşinyan Soçi bəyanatının mətninə "Dağlıq Qarabağ" ifadəsinin salınması üçün sona qədər təkid etsə , Azərbaycan Prezidenti İlham Əliyev buna imkan vermədi. Bir sözlə, üçtərəfli Soçi görüşünün nəticələri yalnız Ermənistan deyil, Rusiya üçün uğursuz oldu.

2022-ci il oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində "Avropa siyasi birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan məsələsi yenidən müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşdə qəbul edilən bəyanata əsasən Ermənistan Azərbaycanın suverenliyini tanıyıb, həmçinin Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq vermişdi. 5 saat çəkən həmin görüşdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunmuş, Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alınmışdı. Hətta iki ölkənin işçi qruplarının sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlarına da ümid yaranmışdı. Dövlət başçısı İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğulamışdı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, bu ilin sonunadək razılaşmaya nail oluna bilər. Əlbəttə ki, sülh müqaviləsində Qarabağın erməni əhalisinin müqəddəratı barədə heç bir müddəa yer ala bilməz. Çünki bu, Azərbaycanın daxili məsələsidir Azərbaycan bu mövzuda heç bir ikinci tərəflə müzakirələr aparmaq niyyətində deyil. Kommunikasiyaların açılması, konkret olaraq Naxçıvana quru yolun verilməsi məsələsi hazırlanacaq sülh müqaviləsinin bir hissəsi ola bilməz. Belə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəliklərdir mahiyyətcə kommunikasiyalar indiyədək artıq açılmalı idi.

Praqadakı dördtərəfli görüşün sonunda bəyanat qəbul edilmişdi. Bəyanatda deyilir: "Ermənistan Azərbaycan BMT Nizamnaməsinə 1991-ci il "Alma-Ata Bəyannaməsi" sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə -nin mülki missiyasının göndərilməsinə, Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq".

Bəs "Alma-Ata Bəyannaməsi" nəyi ehtiva edir? 1991-ci il dekabrın 8- SSRİ-nin dağılmasının qarşısının alınmaz olduğunu dərk edən Rusiya, Ukrayna Belarusun rəhbərləri "Belovejsk sazişi" adlanan sənədə imza atdılar. Bu, keçmiş SSRİ-nin fiaskosunu təsdiqləyən ilk sənəd oldu. Beləliklə 1991-ci il dekabrın 8- MDB-nin əsası qoyuldu. 1991-ci il dekabrın 21- isə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB- qoşulmaq haqqında ümumi razılığa gəldi "Alma-Ata Bəyannaməsi" qəbul olundu.

"Alma-Ata deklarasiyası" ilə keçmiş Sovet İttifaqı dövlətləri daxili xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər birinin ayrılıqda beynəlxalq hüququn müstəqil bərabərhüquqlu subyektləri olduqları da bəyan olunub.

Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə güc təhdidi, iqtisadi hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Üzv ölkələr insan hüquq azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin beynəlxalq münasibətlərin digər tanınmış prinsip normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək. "Alma-Ata Bəyannaməsi"ndə həmçinin bir-birinin ərazi bütövlüyünü mövcud sərhədlərin toxunulmazlığını tanımaq hörmət etmək öhdəliyi tanınıb. "Birliyə üzv dövlətlər bu Bəyannamənin prinsiplərinə ciddi riayət etməyi öhdələrinə götürürlər", - deyə deklarasiyanın sonunda qeyd edilib.

Azərbaycan 1993- il sentyabrın 20-dən MDB-nin tamhüquqlu üzvüdür.

Son olaraq deyə bilərik ki, Soçi Praqa bəyanatları "Alma-Ata Bəyannaməsi"ni ehtiva edir. Bu Bəyannamədə üzv olan hər bir ölkənin üzərinə düşən öhdəliklər bəllidir. Təkcə qalır onu yerinə yetirmək. Ermənistan 32 il əvvəl üzərinə götürdüyü bu öhdəliyi pozmasaydı, yaxud Azərbaycana qarşı etdiyi təcavüzə görə vaxtında cəzalandırılsaydı, bu faciələr yaşanmazdı.

Zümrüd QURBANQIZI,

"Respublika".