TAXILIMIZ BOL OLACAQ
Region

TAXILIMIZ BOL OLACAQ

Azərbaycan dünyanın ən qədim əkinçilik ölkələrindən biridir. Torpağının münbitliyi, suyun əlçatan olması, iqlim qurşaqlarının çoxluğu burada müxtəlif bitkilər əkməyə bol məhsul yetişdirməyə imkan verir. Arxeoloji qazıntılar da sübut edir ki, Azərbaycan qədim orta əsrlərdə dünyada taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin heyvandarlığın əsas mərkəzlərindən biri olub.

Müharibələrə, tez-tez baş verən münaqişələrə rəğmən kənd təsərrüfatı həmişə inkişafda olub. Aqrar sahənin əsl inkişaf dövrü isə nisbətən sakit mərhələ olan XX əsrin ikinci yarısına təsadüf edir. Məhz ümummilli lider Heydər Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin iqtisadi baxımdan ən geri qalmış ölkələrindən olmasına rəğmən, qabaqcıl respublikalardan birinə çevrildi. Taxılçılıqda, pambıqçılıqda, heyvandarlıqda yüksək nailiyyətlər əldə olundu.

Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dönəmində aqrar sahədə gözəl nəticələr əldə olunub. Ötən ilin sonunda kənd təsərrüfatında ümumi məhsulların faktiki qiymətlərlə dəyəri 10 milyard manatdan artıq olub. Əvvəlki 2021-ci ilə nisbətən aqrar sahədə istehsal 3,4 faiz artıb. Ölkədə 3,2 milyon tona yaxın taxıl, 322 min ton pambıq istehsal olunub.

Məlum olduğu kimi, ötən il dünyada taxıl qıtlığı böhranı yaşandı. Rusiya-Ukrayna müharibəsinin başlanması isə bu problemi daha da kəskinləşdirdi, çünki hər iki ölkə dünyada böyük taxıl ixracatçılarıdırlar. Azərbaycan hökuməti dünyada baş verən hadisələri diqqətlə izləyir, vəziyyətdən mümkün qədər az ziyanla çıxmağa çalışır, qabaqlayıcı tədbirlər görürdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman bu sahənin inkişafında müstəsna rol oynadı.

Fərmanda qərara alındı ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən tədarük olunan Dövlət Ehtiyatları Agentliyinə, habelə un dəyirmanlarına təhvil verilən buğdaya görə 2023- ildən başlayaraq onlara 5 il müddətinə məhsul subsidiyası verilsin.

Dövlətimizin gördüyü tədbirlər, o cümlədən stimullaşdırıcı güzəştlər nəticəsində ötən il ölkəmizdə 1,8 milyon tona yaxın buğda, 1,1 milyon tondan artıq arpa istehsal olundu. Buğdanın hər hektardan məhsuldarlığı 33 sentnerə yaxınlaşdı.

Ötən ilin payızında yenə əksər bölgələrimizdə, o cümlədən işğaldan azad edilən iqtisadi rayonlarda taxıl əkilib bol məhsul yetişdirilib. Əvvəlki illərdə respublikamızda təxminən 985-995 min hektar sahədə taxıl əkilirdisə, indi Qarabağ Şərqi Zəngəzur torpaqları hesabına əkin sahələri təxminən 100 min hektar artırılıb. Bir sözlə, taxılımız bol olacaq. Biçin isə uzaqda deyil, iyunun əvvəli arpa biçini başlayır bu prosesə ciddi hazırlıq vacib şərtdir.

Nəriman CAVADOV,

"Respublika".