Terror insanlığa qarşı cinayətdir
Digər xəbərlər

Terror insanlığa qarşı cinayətdir

Açıq-aşkar görünür ki, bəzi qüvvələr Qafqaz regionu ilə yanaşı, Yaxın Şərq regionunda da terror və hərbi təxribatlar yaratmağa çalışır. Onların diktəsilə Həmas və Hizbullah terror şəbəkəsi tərəfindən İsrailə qarşı raket hücumları və ard-arda terror aktları törədilir.

Livan və Qəzza şeridindən İsrailə mülki insanların olduğu yaşayış obyektlərinə, inzibati dövlət binalarının yerləşdiyi ərazilərə onlarla raket atılıb. Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri hər nə qədər atılan raketləri zərərsizləşdirsə də, mülki sakinlər, günahsız insanlar raket hücumlarından zərər görmüşdür. Təl-Əviv də daxil olmaqla İsrailin bir çox şəhərində xain terrorçular tərəfindən növbəti terror aktları törədilib. İsrail ərazilərinə qarşı törədilən terror hücumlarında və atılan raketlər nəticəsində mülki sakinlər, dinc və sivil insanlar böyük zərər görməkdədir. İsrail dövləti dünyada ən çox terrora məruz qalan ölkədir və yəhudi xalqı terrordan ən çox əziyyət çəkən xalqdır. İsrail dövlətinin mehriban qonşuluq siyasətinə baxmayaraq terror hücumları səngimir və İsrail vətəndaşlarına radikal ərəblər və fələstinli terrorçular tərəfindən mütəmadi terror hücumları baş verir.

İsrailə qarşı törədilən bu qanlı terrorların arxasında İranın dayandığına şübhə yoxdur. Bütün dünyaya məlumdur ki, Hizbullah terror şəbəkəsi İran rejimi tərəfindən yaradılıb və Livan əraziləri birbaşa İranın və Hizbullah terrorçularının nəzarətindədir. Həmçinin Qəzza zolağındakı terrorçular da birbaşa İran rejiminin nəzarətindədir. İran rejiminin göndərdiyi silahlar və verdiyi maliyyə hesabına silahlanan Həmas və Hizbullah terror qruplaşmaları aktivləşərək hazırda İsrail ərazilərinə qarşı ağır terror hücumları, hərbi cinayətlər həyata keçirir. Bu ölkə Cənubi Qafqazda, Azərbaycan və Ermənistan sərhədlərində olduğu kimi, yaxın Şərqdə də hərbi cinayətlər, terror və təxribatlar həyata keçirir. Terror və günahsız insan qətliamı bütün səmavi kitablarda qadağan olunmuş və lənətlənmş bir əməldir. İsraildə baş verən terror aktını və terroru törədən cinayətkarları lənətləyirik.

İsrailin terrorçulara qarşı mübarizə aparmaq, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq haqqı və hüququ vardır. İsrail dövlətinin beynəlxalq qanunlarla özünümüdafiə hüququ var. Həmçinin İsrail dövləti öz ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumağa borcludur. Bu səbəbdən istənilən hərbi və anti-terror əməliyyatını keçirtmək, terrorçuları zərərsizləşdirmək, ərazisini və mülki vətəndaşlarını qorumaq İsrail dövlətinin beynəlxalq qanunlarla tənzimlənən hüququdur.

Mirsamir MƏMMƏDOV,

İsrail Təhlükəsizlik Akademiyasının

Qafqaz üzrə Azərbaycan

Respublikasındakı Regional

Nümayəndəliyinin direktoru.