Reklam və elanlar

"The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyəti

MÜSTƏQİL AUDİTORUN HESABATI

"The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə və Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə:

Rəy

Mən, "The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun törəmə müəssisəsinin ("Snack Agriculture" MMC) ("Qrup") 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və digər ümumi gəlirlər, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparmışam.

Mənim rəyimcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına "MHBS" uyğun olaraq düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim rəyimin "Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir. Mən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə (IESBA məcəlləsi) uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstərirəm.

Mən hesab edirəm ki, əldə etdiyim audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və Qrupun idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Qrupun öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində mən auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayıram. Bundan əlavə mən:

Saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir, rəyimin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirəm. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.

Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirəm.

Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndirirəm.

Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildirirəm. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, mən auditor rəyimdə diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimi dəyişdirməliyəm. Nəticələrim auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və konsolidasiya edilmiş maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndirirəm.

Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və Qrupun biznes fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirəm. Mən qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıram. Mən audit rəyinə görə müstəsna məsuliyyət daşıyıram.

Mən digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyim daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirəm.

Sərbəst auditor

Hacı-Əzizov İlham İsfəndiyar oğlu

Bakı şəhəri, Azərbaycan Respublikası

30 noyabr 2023-cü il