Treninqlər davam etdirilir
Region

Treninqlər davam etdirilir

Tovuz

Fevral ayının 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Rayon ərazisində fəaliyyət göstərən 105 saylı Tovuz-Gədəbəy, 106 saylı Tovuz və 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrində məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərə başlanıb.

23 yanvar tarixinədək davam edəcək tədbirlərin məqsədi məntəqə seçki komissiyası üzvlərinin peşə hazırlığının artırılması ilə bağlı müxtəlif proqramların həyata keçirilməsinin təmin edilməsidir. Müzakirə olunan məsələlər əsasən seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri seçki günü prosesləri, səslərin hesablanması və yekun protokollarının doldurulması qaydaları ilə bağlıdır.

Komissiya üzvlərinin əyani vəsaitlərlə və lazımi seçki təlimatları ilə təmin olunması onların peşəkarlığının və praktiki biliklərinin artırılmasına müsbət təsir göstərir. Treninqlər qarşılıqlı təcrübə mübadiləsi və canlı dialoq şəklində davam etdirilir.

Vəli VƏLİYEV,

“Respublika”.