Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turandan
Məktublar

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 22 Azərbaycan dərnəyini özündə birləşdirən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Siz Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması üçün ulu öndər Heydər Əliyev tərəfindən başlanılmış böyük bir tarixi missiyanı müvəffəqiyyətlə davam etdirirsiniz. Bu çətin və şərəfli yolda Sizə uğurlar diləyirik.

Otuz il işğal altında qalmış torpaqlarımız Sizin dəmir iradəniz və hərbi-siyasi uzaqgörənliyiniz sayəsində azad edildi. Siz illər ərzində qəlbimizdə sağalmaz yara kimi gəzdirdiyimiz yurd nisgilinə son qoydunuz. Buna görə hər bir azərbaycanlı Sizə sonsuz minnətdardır.

Türkiyədə yaşayan azərbaycanlılar adından bəyan etmək istəyirik ki, diasporun bir parçası olaraq doğma Vətənimizi burada layiqincə təmsil etmək, qardaş respublikanın ictimai-siyasi həyatına dərindən inteqrasiya etmək, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək üçün bütün qüvvəmizlə çalışacağıq.

Cənab Prezident, Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik arzulayırıq. Tanrı Sizi hifz etsin!

Dərin hörmətlə,

 Ədalət Turan

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının

İdarə Heyətinin sədri