Türkiyə ilə Yunanıstan arasında rəsmi olaraq yeni dövr başlayıb
Türk dünyası

Türkiyə ilə Yunanıstan arasında rəsmi olaraq yeni dövr başlayıb

NATO-nun tarixi sammiti başa çatıb. Türkiyə prezidenti Ərdoğan ötən gün Yunanıstanın baş naziri Miçotakislə görüşüb. Yunanıstan tərəfi yeni dövrün yol xəritəsini açıqlayıb.

"Respublika" xəbər verir ki, iki liderin aylar sonra ilk dəfə üz-üzə keçirdikləri görüş dünya mətbuatında geniş yer alıb.

Yunanıstan tərəfi bu görüşü bir neçə aspektdən dəyərləndirib. Bildirilir ki, görüşün nəticəsi olaraq iqtisadi, enerji və ola bilsin, mülki müdafiə kimi sahələrdə əməkdaşlıq irəli sürülə bilər.

Töhfə SƏMƏDOVA,

"Respublika".