“Turkish Airlines” aviaşirkətinin təyyarəsi Azərbaycan təcili eniş sorğusu göndərib
Türk dünyası

“Turkish Airlines” aviaşirkətinin təyyarəsi Azərbaycan təcili eniş sorğusu göndərib

“Turkish Airlines” aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Respublika" xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi Bakı vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.