Türkiyədən NATO Sammitinə yeni damğa: Qlobal siyasətin yeni güclü lideri
Türk dünyası

Türkiyədən NATO Sammitinə yeni damğa: Qlobal siyasətin yeni güclü lideri

NATO Zirvə görüşündən sonra dünya mediasının gözü Türkiyənin diplomatik qazanclarındadır.

"Respublika" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı müxtəlif platformalarda məlumatlar yayımlanıb.

İngiltərə mediasında “Ərdoğan ölkəsi üçün ağıllı mübarizə aparır”, Almaniya mediasında isə “NATO-nun yeni güclü lideri Ərdoğan” ifadələri işlədilib.

Qeeyd edək ki, Rusiya-Ukrayna müharibəsi, İsveçin üzvlük prosesi kimi mürəkkəb situasiyalara baxmayaraq, NATO Zirvə görüşündə Türkiyənin uğurlu diplomatiyası bir daha özünü göstərib.

Nəzrin ELDARQIZI,

"Respublika".