14 may seçkiləri Türk demokratiyasının dünyaya nümayişi
Türk dünyası

14 may seçkiləri Türk demokratiyasının dünyaya nümayişi

Türkiyə xalqı bütün dünyaya əsl demokratiya nümunəsi göstərərək tarixinin növbəti sınağından üzüağ çıxmağı bacardı. Qardaş Türkiyədə keçirilən Prezident Parlament seçkiləri öz şəffaflığı ilə dünyaya, xüsusilə demokratiyadan bəhs edən dövlətlərə əsl dərs oldu. Qardaş Türkiyə xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi antitürk dairələrin niyyətini ürəyində qoydu.

"Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi fərasətilə keçdi. 14 may seçkilərinin qalibi türk demokratiyası 85 milyonluq Türkiyə xalqı oldu", - deyə qeyd edən Rəcəb Tayyib Ərdoğan demokratik, şəffaf xalqın öz iradəsini bariz göstərdiyi bu seçkiləri yüksək qiymətləndirdi. Qürurverici məqamlardan biri isə bu münasibətlə dövlət başçımızın Türkiyədə keçirilən Prezident Parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Rəcəb Tayyib Ərdoğanı "Cümhur İttifaqı" təbrik etməsidir. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikası böyük inkişaf yolu keçib bunun nəticəsi olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə etimad göstərib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq qardaşlıq münasibətlərinin daimi sarsılmaz olduğunu bir daha qeyd ediblər

Eyni gündə Prezident Parlament seçkilərinin keçirilməsi 100 illik Cümhuriyyət tarixində əlamətdarlığı ilə yadda qaldı. Türkiyə Respublikasının vətəndaşları seçkidə yüksək siyasi fəallıq nümayiş etdirərək Ədalət İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Yenidən Rifah Partiyası (YRP) Hür Dava Partiyasının (HÜDA PAR) birgə ittifaqı olan "Cümhur İttifaqı"nın qələbəsini təmin etdilər. Bununla yanaşı, xalq prezidentliyə namizəd kimi hazırkı ölkə başçısı, siyasi lider Rəcəb Tayyib Ərdoğana 49,51 faiz səs verməklə bir daha əsl sədaqət örnəyi göstərmiş oldu. Tam demokratik seçki nümunəsi kimi millət vəkili seçimlərində  xalq "Cümhur İttifaqı"na 49,46 faiz səs verməklə ən layiqli namizədləri deputat kürsüsündə əyləşdirmiş oldu. "Cümhur İttifaqı" parlamentdə 322 millət vəkili ilə təmsil olunacaqBelə ki, AKP 267, MHP 50, YRP isə 5 deputatla parlamentdə öz yerini tutacaq.

Ədalət İnkişaf Partiyasının uğurlarının kölgəsində qalan, ölkə müxalifəti isə bir daha 14 may tarixində uğursuzluğa düçar oldu. Müxtəlif koalisiyalar, siyasi birləşmələrin vəhdətindən doğan "Millət İttifaqı" Cümhuriyyət Xalq Partiyasının (CHP) liderliyində parlamentdə üstünlük əldə edə bilmədi. Bununla yanaşı, "Millət İttifaqı"nın irəli sürdüyü prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 44,89 faiz səs toplayaraq əvvəlki illərdə olduğu kimi, səs çoxluğunda geridə qalmış oldu.

3 noyabr 2002-ci ildə keçirilən Parlament seçkilərində Ədalət İnkişaf Partiyasının 34,29 faiz səslə birinci seçilməsi, 550 nəfərlik Milli Məclisdə 365 yer qazanması ölkənin taleyində yeni səhifə açdı. Bu həm 20 illik AKP iqtidarının başlanğıcı demək idi. Görülən işlər, sosial rifahın yaxşıdırılması, dünya miqyasında əldə edilən nüfuzun nəticəsi kimi 22 iyul 2007-ci il Parlament seçkilərində 46,58 faiz səslə partiya yenidən qalib oldu. Ardınca bu ənənə 12 iyun 2011-ci ildəki parlament seçkilərində özünü göstərərək yenidən 49,83 faiz səslə Ədalət İnkişaf Partiyası uğur qazandı. Bu dəfə Əhməd Davudoğlunun rəhbərlik etdiyi AKP "Təhlükəsizlik terrorizmə qarşı mübarizə" kampaniyası çərçivəsində 1 noyabr 2015-ci il tarixində keçirilmiş növbədənkənar seçkiləri 49,5 faiz səslə qazandı yenidən parlamentdə ən çox dəstəklənən tərəf Ədalət İnkişaf Partiyası oldu. 16 aprel 2017-ci il referendumu respublika tarixində ən böyük xəyanət cəhdindən sonra keçirildi. 2016- ildə FETÖ (Fətullahçı Terror Qruplaşması) tərəfindən dövlət çevrilişi cəhdinin xalqın iradəsi ilə dəf edilməsi xalq-iqtidar birliyinin bariz nümunəsi idi. Türkiyənin siyasi həyatında önəmli rol oynayan 16 aprel 2017-ci il tarixində konstitusiya dəyişikliklərinə səs vermək üçün seçki məntəqələrinə gələn insanlar  51,4 faiz səslə  prezident idarəetmə sistemini təmin edən paketi dəstəklədilər.

Cümhuriyyət tarixinin ən uzunömürlü iqtidar partiyası olan AKP 20 ildə Türkiyənin simasını dəyişən güc kimi müasir ölkənin daim inkişafında iz qoymuşdur. 3 noyabr 2002-ci il seçkiləri ilə hakimiyyətə gələn Ədalət İnkişaf Partiyası son 20 ildə Türkiyəni meqalayihələr, iqtisadi-sosial inkişaf, siyasi azadlıq qüdrətli ordu quruculuğu kimi məsələlərlə daim yüksək tribunalardan təmsil edir. Son illər ərzində əldə edilən uğurlar da xalqın AKP hökumətinə etimadını daha da artırmışdır. Yüksək iqtisadi nailiyyətlər, siyasi, ictimai, hərbi, sosial uğurlar, milli istehsalın rəqabətliliyinin yüksəldilməsi, yeni iri regional enerji nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, sənaye, kənd təsərrüfatı, turizmin inkişafına görə Türkiyənin Avropanın ilk beşliyində yer alması birbaşa AKP iqtidarının Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

Tarix göstərir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi qardaş Türkiyə daim Ədalət İnkişaf Partiyasına arxalanmış birlikdə yeni-yeni zəfərlər əldə etmişdir. Bunun üçün kifayət qədər əsaslar var. 1960- illərdən başlayaraq 2002-ci ilədək davamlı hökumət dəyişiklikləri tez-tez əldən-ələ keçən hakimiyyətin səriştəsiz siyasi xətti qardaş ölkənin simasını, inkişaf meyillərini əhəmiyyətli dərəcədə uğursuzluğa doğru aparmış, ildən-ilə artan inflyasiya dalğaları Türkiyəni asılı iqtisadiyyat ölkəsinə çevirmişdi. Bütün bunlar azmış kimi, yalnız sözdə müttəfiqlər tərəfindən əlaltından Türkiyəyə qarşı terror təzyiqlərinin davam etdirilməsi ölkənin böyük siyasət səhnəsindən sıxışdırılıb çıxarılması, regional beynəlxalq siyasətdə iştirakının rolunun sıfıra endirilməsi ilə nəticələnmişdi.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə vətənpərvərliyin, dövlətə sevginin, milli iradənin hədsiz dərəcədə yüksəlişində əvəzolunmaz xidmətlərə malikdir. Son 20  ildə lider dövlətə çevrilən, qlobal güc kimi bütün türk dünyasının ümid yeri olan Türkiyənin prosesləri idarə etmək məharəti, ölkə sərhədlərinin kənarındakı separatizmi məhv etmək üçün cəsarətli məqsədyönlü antiterror hərəkatını genişləndirməsi istənilən nəticəyə nail olması AKP iqtidarının davamlı uğurlarının nəticəsidir. Suriya ərazisindəki terrorçulara qarşı aparılan "Fırat qalxanı" Afrində keçirilən "Zeytun budağı" əməliyyatlarının uğurla tamamlanması ölkə rifahının yaxşılaşmasına, xalqın məhəbbətinin gücləndirilməsinə, insanlarda milli əhvali-ruhiyyənin yüksəlişinə səbəb olmuşdur.

Dayanmadan irəliləyən güclənən Türkiyə iqtidarının növbəti qələbəsi üzdə özünü dost kimi təqdim etsə , əslində xain kinli, anti-Türkiyə fəaliyyəti ilə seçilən bəzi güc dairələrini məyus etdi. Təsadüfi deyil ki, dünya miqyasında keçirilən seçkilərin şəffaflıq səviyyəsinin özünü "demokratiyanın beşiyi" adlandıran ölkələrdə qat-qat aşağıda olması bu məyusluğu özlüyündə ifadə etmiş olur. Sözügedən qüvvələr FETÖ PPK kimi terror güclərinə havadarlıq etmələrinə rəğmən, bu seçki prosesində bir daha türk xalqının əzəmətini hiss etdilər. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, qoy düşmənlər narahat olsunlar, Türkiyə öz yolunda davam edəcək.

Nurlan ABDALOV,

"Respublika".