NATO Ukraynanın Zaporojye AES ilə bağlı iddialarını təsdiqləməyib
Dünya xəbərləri

NATO Ukraynanın Zaporojye AES ilə bağlı iddialarını təsdiqləməyib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye AES-də mina və partlayıcılar aşkar etməyib. 

“Respublika” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında açıqlama verib. 

Stoltenberq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin AES-dəki vəziyyəti izlədiyini və Agentliyin mütəxəssislərinin orada çalışdığını xatırladaraq deyib ki, NATO bu fəaliyyəti təqdir edir. Bununla belə, baş katib qeyd edib ki, AEBA-nın son qiymətləndirməsinə görə, indiki mərhələdə burada hər hansı mina və partlayıcıların olması ilə bağlı göstəricilər qeydə alınmayıb. 

Jalə QASIMZADƏ, 
“Respublika”.