BMT öz işçilərinə xəbərdarlıq etdi
Dünya xəbərləri

BMT öz işçilərinə xəbərdarlıq etdi

Ofis işçiləri gələcəkdə süni intellekt səbəbindən iş yerlərini itirə bilərlər.

"Respublika" xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasında deyilir.

Bildirilir ki, risk altında vəzifələri avtomatlaşdırıla bilən peşələrin nümayəndələri var.

Ekspertlər vurğulayıb ki, süni intellekt ən çox bu sənayedə işləyən qadınları iş yerlərindən məhrum edə bilər. O da qeyd olunur ki, əksər sənaye və peşələr yalnız qismən süni intellektlə əvəzlənəcəklər.

Nəzrin ELDARQIZI,

"Respublika".