Türkiyədə avtobus qəzası nəticəsində 9 nəfər ölüb, çoxlu sayda xəsarət alan var
Region

Türkiyədə avtobus qəzası nəticəsində 9 nəfər ölüb, çoxlu sayda xəsarət alan var

Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

"Respublika" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Hadisənin səbəbi hələlik məlum deyil.