Türkiyədə meşə yanğını olub
Dünya xəbərləri

Türkiyədə meşə yanğını olub

Türkiyənin Osmaniyyə bölgəsində meşə yanğını baş verib. 

“Respublika” “Hürriyət”in yaydığı məlumata istinadən xəbər verir ki,  yanğın saat 11:00 radələrində Diniker rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə baş verib.

Küləyin təsiri ilə güclənən yanğının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr edilir.

Xatırladaq ki, 3 gün əvvəl eyni ərazidə yanğın nəticəsində 3 hektar əraziyə ziyan dəyib.

Musa Bağırlı,

“Respublika”.