Türkiyədən Misirə səfir təyinatı
Region

Türkiyədən Misirə səfir təyinatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib. 
"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bundan bir müddət əvvəl Misir Əmr əl-Hamamı Türkiyəyə səfir təyin etmişdi. 
Xatırladaq ki, 2013-cü ildə Misirin Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi. 

Nəzrin ELDARQIZI,

"Respublika".