Unudulmayan qəhrəmanlar
Region

Unudulmayan qəhrəmanlar

Vətənin azadlığı yolunda canını qurban verən xalqın xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Bu fikirlər şəhid Zamin Ağayevin doğum günündə keçirilən anım mərasimində bir daha səsləndi. Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, rayon icra hakimiyyəti əməkdaşlarının, Sündü kənd məktəbinin müəllim, şagirdlərin geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə şəhidin qəhrəmanlıqla zəngin olan həyat yolundan danışıldı.

Qeyd olundu ki, Vətən müharibəsində son damla qanına qədər düşmənə qarşı vuruşaraq xalqımızın qəhrəmanlıq tarixini zənginləşdirən igidlərimizdən biri Zamin Ağayev olub.

2002-ci il mayın 11- Qobustan rayonu, Sündü kəndində anadan olub. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 21- döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Zamin Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".