Türkiyənin bir sıra bölgələrində zəlzələ baş verib
Dünya xəbərləri

Türkiyənin bir sıra bölgələrində zəlzələ baş verib

Dünən gecə saatlarında Türkiyənin bəzi bölgələrində zəlzələ olub.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Təcili Yardım Agentliyi (AFAD) məlumat yayıb.

 Bildirilib ki, ən kiçiyi 0.9, ən böyüyü isə 3.3 bal olmaqla 50-dən çox zəlzələ qeydə alınıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".