TÜRKİYƏNİN İLK MİLLİ DÖYÜŞ TƏYYARƏSİ: KAAN
Türk dünyası

TÜRKİYƏNİN İLK MİLLİ DÖYÜŞ TƏYYARƏSİ: KAAN

Texnologiya sahəsində böyük uğurlara imza atan Türkiyə müdafiə sənayesi aviasiya sahəsində tarixi günlərini yaşayır. Bu günlərdə keçirilən ''TEKNOFEST-2023'' ilk dəfə Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi, KIZILELMA AKINCI PUA-ları nümayiş etdirildi bütün dünyaya Türkiyənin nələrə qadir olduğu göstərildi.

Növbəti uğur isə "Gələcəyin Əsri" Təşviq Proqramının rəsmi açılışında, Türkiyənin ilk milli döyüş təyyarəsi ''Kaan'' təyyarəsinin tanıdılması oldu. Bununla bağlı Kahramankazanda keçirilən tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirib: "Bu gün müdafiə sənayesi sahəsində tarixi günlərimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunların da sırasında "TCG Anadolu" desant gəmisi, "Hürjet", "Gökpey" təyyarəsi, "Yeni Altay" tankı, "İMECE" peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm kosmosda sözümüzü deyə bilirik. Millətimizin xəyallarını bir-bir reallaşdırırıq".

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, təyyarəyə "Kaan" adını MHP sədri Dövlət Baxçalı verib: "İndi bunlar kimisə çox narahat edəcək. Hər bir uğurumuzdan suyun o tayındakılar narahatdır. Qüsurumuza baxmasınlar, amma biz onları narahat etməyə davam edəcəyik. Biz türk millətiyik, "Kaan" "Hürjet" belə onları ümid etdikləri yuxulardan ayıltmağa yetər. Buradakı coşqu kimisə əsəbiləşdirirsə, deməli, düz yoldayıq. Daha çox işlər görmək üçün daha çox çalışacağıq".

Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki: "Kaan" çox yaxında uçacaq. Elə bir uçuş düşünün ki, düşmənə görünmədən yuvasına girəcək. Getdiyi kimi geri dönəcək. Bu təyyarəni ölkənin öz mühəndisləri pilotları idarə edəcək. "Kaan" öz radar missiya kompüteri ilə təchiz olunacaq. Bir neçə ildən sonra biz bütün sınaqları tamamlayıb inventarlaşdıracağıq. Dünyada bu növü istehsal edə bilən 5 ölkədən biri olacağıq.

Türkiyə olaraq haradan gəldiyimizi hara getdiyimizi görməliyik. Çoxlu gizli hücumları belə başa düşməliyik. Hazırda bir çox ölkələrin təyyarə helikopterləri üçün proqram təminatı istehsal edirik. THY-nin bir çox təyyarəsində ölkəmizin imzası var. Silahlı Qüvvələrimizin radar təyyarələrini, kəşfiyyat müşahidə təyyarələrini həmişə yerli milli sistemlərlə təchiz etmişik".

Mərasim zamanı Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan HÜRKUŞ təyyarəsi nümayiş etdirilib. Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən təyyarənin yaradılmasında məqsəd ABŞ-dan alınan F-16 F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023- il martın 16-da keçirilib uğurla tamamlanıb.

Onu da qeyd edək ki, Türkiyənin pilotsuz uçuş aparatı "ANKA-3 Kaan"ın ilk uçuşunun bu ay həyata keçirə biləcəyi nəzərdə tutulub. ''ANKA-3 KAAN" milli döyüş təyyarəsi, "HÜRJET" "F-16"lar ilə birgə əməliyyatlarda istifadə edilə biləcək.

Ümumiyyətlə, Türkiyə milli döyüş təyyarəsi "KAAN"ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri olacaq.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.