Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik
Digər xəbərlər

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik

Azərbaycanın suveren ərazilərində zəruri hesab etdiyi tədbirləri görmək, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin uzun müddətdir davam edən hücum və təxribatlarının qarşısını almaq üçün sentyabrın 19-da Qarabağda başlatdığı antiterror tədbirləri nəticəsində qəbul olunan qərarı və bölgədəki son hadisələri yaxından izləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik brifinqində məlumat verilib.

"Can Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi cəhdləri dəstəklədiyimizi, "bir millət, iki dövlət" düşüncəsi ilə kədərdə və sevincdə də bir olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanlarında olmaqda davam edəcəyimizi bir daha vurğulayırıq", - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.